Haber Giriş:
Terror təşkilatlarına üzv 770 nəfərin sərvəti müsadirə edilib

Fətullahçı Terror Təşkilatı başda olmaqla separatçı terror təşkilatı PKK/KCK dindən sui-istifadə edən və solçu terror təşkilatları üzvü 770 nəfərin sərvəti dondurulub.
TRT xəbər verir ki, Xəzinə və Maliyyə Nazirliyi tərəfindən qəbul edilən qərar Rəsmi Qəzetdə dərc olunub. Qərara görə 454-ü FETÖ, 108-i PKK/KCK, 119-u dindən sui-istifadə edən terror təşkilatı, 89-u solçu terror təşkilatı üzvü olmaqla ümumilikdə 770 terrorçunun sərvəti müsadirə edilib.