Haber Giriş:
Prezident Ərdoğan Türkiyə-İsrail münasibətləri barədə danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan: “Fələstin məsələsində atılacaq addımlar təkcə fələstinlilərin yox, İsrailin də təhlükəsizliyi və sabitliyinə töhfə verəcək”.
Prezident Ərdoğan dünən (22 dekabr) Türk Yəhudi İcması və İslam Ölkələri Ravvin Alyansının üzvlərini qəbul edib. Prezident qəbul zamanı: “Xüsusilə Qərb ölkələrində artmaqda olan islamofobiya, antisemitizm və ksenofobiya ilə mübarizədə həmrəy olmalıyıq. Yaxın Şərqdə sülh və sabitlik mühitini bərpa etmək və gücləndirmək üçün də eləcə. Hər üç monoteist dinin müqəddəs məkanlarına ev sahibliyi ...