Haber Giriş:
İranda zəlzələ baş verib

İranın cənubunda yerləşən Hörmüzqan əyalətində 5 bal gücündə zəlzələ baş verib.
TRT xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi məlumat yayıb. Bildirib ki, episentri Hörmüzqan vilayətinin mərkəzi Bəndər Abbas şəhəri olan zəlzələ yerli vaxtla saat 11.01-də qeydə alınıb. Ocağı 15 kilometr dərinlikdə olan təbii fəlakət nəticəsində insan tələfatı və ya mal itkisinin olub-olmadığına dair məlumat verilməyib.
...-
29.01.2023
-
28.01.2023