Haber Giriş:
İngiltərə Premyer Liqasında daha iki oyun koronavirusa görə təxirə salındı

Futbol üzrə İngiltərə Premyer Liqasında daha iki oyun koronavirusa görə təxirə salınıb.
TRT Spor xəbər verir ki, 20-ci tur çərçivəsində keçirilməli olan “Arsenal” – “Vulverhempton” və “Lids” – “Aston Villa” matçları nəzərdə tutulan vaxtda keçirilməyəcək.
TRT-nin xəbərinə görə bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Oyunların təxirə salınmasına “Vulverhempton” və “Lids” klublarında koronavirusa kütləvi yoluxma səbəb göstərilib. ...