Haber Giriş:
Həpsxanada qarşıdurma, ölənlər var

Karib hövzəsi ölkəsi Dominikan Respublikasında həbsxanada məhbuslar arasında qarşıdurma baş verib.
TRT-nin ölkə mətbuatına istinadən verdiyi xəbərə görə paytaxt Santo Dominqodakı La Victoria həbsxanasında iki qrup məhbus arasında əlbəyaxa dava düşüb. Bıçaq və odlu silahlardan istifadə edilən davada 3 məhbus həyatını itirib, 9 nəfər yaralanıb. Çox sayda mühafizəçi cəlb olunan həbsxanada törədilən hadisə ilə bağlı istintaq başladılıb.
...
-
24.05.2022