Haber Giriş:
Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil olub

Çinin iki gözətçi gəmisi mübahisəli Senkaku adaları ərazi sularına daxil olub.
TRT xəbər verir ki, bu barədə Yaponiyanın Sahil Mühafizəsi məlumat yayıb. Bildirib ki, Çin gəmiləri Yaponiyanın milli ərazi sularını pozub. Gəmilər yerli vaxtla saat 04:00 radələrində Taishoo adaları ətrafındakı Yaponiya ərazi sularının əhatə etdiyi mübahisəli zonada balıqçı gəmilərinə yaxınlaşıb. Saat 09:00 radələrində isə adalardan 2 kilometr şimala qədər irəliləyiblər. Qeyd edilir ki, &Ccedi...